İranda keçirilən prezident seçkilərindən sonra küçələrdə günlərlə davam edən qarşudurmaların dayandığı bir vaxtda indi də din adamları arasında gərginlik yaşanır. "CNN Türk"ün məlumatına görə, həftə sonu İranın dini lideri Ayatullah Əli Xamaneyiyə yaxın olan "Kayhan" qəzetində Mir Hüseyn Musəvinin "Amerika cəsusu", tərəfdaşlarının isə "rejimə qarşı təhdid" olduğu yazılıb.
İran inqilabının simvollarından biri sayılan və suiqəsd nəticəsində öldürülən Ayətullah Məhəmməd Hüseynin Beheştinin oğlu isə Musəviyə dəstək olaraq Mahmud Əhmədinejadı tənqid edib.
İranın dini şəhəri sayılan Qumda bir qrup din adamı Musəvi tərəfdarlarının müdafiəsinı çıxıblar.
Qeyd edək ki, İranda iyun ayının 12-də keçirilən prezident seçkisindən sonra ölkədə vəziyyət gərginləşmişdi. Mahmud Əhmədinejatın prezident seçilməsinə etiraz edən minlərlə insan etiraz aksiyaları keçirib. Musəvi nəticələrin yenidən hesablamasını tələb edib. İranın müəyyən bir hissəsində seçki nəticələri yenidən hesablansa da, nəticələr dəyişilməz olaraq qalıb. Ali dini lider isə seçkilərdə qanun pozuntusu qeydə alınmadığını bildirmişdi. /ANS PRESS/