İranda daha beş nəfər asıldı
14 Yanvar 2011 Cümə 02:10
Onlar narkotik qaçaqmalçılığında təqsirli biliniblər
İranda narkotiklərin yayılması və qaçaqmalçılığında təqsirli bilinən beş nəfər edam edilib. Onlar ölkənin qərbindəki Horamabad şəhərinin həbsxanasında asılıblar. Məlumatı İranın dövlət informasiya agentliyi İRNA yayıb.
İranda 1979-cu il İslam inqilabından sonra qüvvəyə minən qanunlara görə, qətl, ailə xəyanəti, silahlı quldurluq, kafirlik və narkotik qaçakqmalçılığında təqsirli bilinənlər barəsində ölüm hökmü çıxarılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: