İranda bu günə planlaşdırılan nümayiş ləğv edilib
20 İyun 2009 Şənbə 16:00
Bu barədə "İhlas" agentliyi xəbər verib

 

İranda müxalifət lideri Mir Hüseyn Musəvinin tərəfdarlarının bu günə nəzərdə tutulan etiraz nümayişi ləğv edilib. Bu barədə "İhlas" agentliyi xəbər verib.

Məlumata görə, indiyədək nümayişlərin təşkilatçısı olan Mübariz Din Adamları Məclisi nümayişi ləğv edib. Musəvi və keşmiş dövlət başçısına yaxın olan məclis 12 iyunda prezident seçkisində saxtakarlığın olduğunu qeyd edərək nümayişlər keçirib.
Daxili İşlər Nazirliyi bu gün İnqilab meyadanında keçirilməsi planlaşdırılan nümayişin qanunsuz olduğunu bildirib. Polis nümayəndəsi Əhməd Rza Radan isə deyib ki, qanunsuz nümayişə sərt müdaxilə olacaq. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar