İranda beş nəfərin əli kəsilib
22 İyul 2010 Cümə Axşamı 19:35
Cəza Həmədan həbsxanasında icra olunub.
İranın qıərbində yerləşən Həmədan şəhərinin həbsxanasında şəriət cəzalarından biri icra olunub. “Reuters” agentliyinin verdiyi xəbərə görə, həbsxanada saxlanan beş nəfərin əli kəsilib. Oğurluqda təqsirləndirilən məhkumlar təqribən 25 yaşlarında olan şəxslərdir.
Qeyd edək ki, İranda mövcud olan şəriət qaydalarına görə, oğurluq edən şəxsin əli kəsilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: