İranda baş verən sirli partlayışın səbəbi məlum olub
20 Noyabr 2011 Bazar 10:43
İslam ölkəsi məxfi layihə üzərində işləyirmiş.
İranda baş verən müəmmalı partlayışın səbəbləri açıqlanıb. Məlum olduğu kimi İran hərbi bazasında kontinentlərarası ballistik raketin sınağı zamanı partlayış olmuşdu. ANS PRESS-in “Now Lebanon”a istinadən verdiyi məlumata görə, həmin partlayışda həlak olmuş general Tehrani Moqaddamın qardaşı Həsən Moqaddam bildirib ki, onun qardaşı yekunlaşmaqda olan yüksək texnoloji və olduqca məxfi layihə üzərində işləyirmiş. Həsən Moqaddamın sözlərinə görə, qardaşının ölümünə baxmayaraq layihə uğurla başa çatdırılıb.
Qeyd edək ki, hələlik rəsmi İran H. Moqaddamın dediklərinə heç bir şərh verməyib.
Xatırladaq ki, noyabrın 12-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun bazasında sirli partlayış baş vermişdi. Müxtəlif məlumatlara görə, hadisə nəticəsində 20 nəfərdən 36 nəfərə kimi insan həlak olmuşdu. Ölənlər arasında İranın müdafiə sahəsinin qaymaqlarından sayılan general Tehrani Moqaddam da olub.
DOSTLARINLA PAYLAŞ: