İranda azərbaycanlı jurnalist həbs edilib
21 İyun 2010 Bazar Ertəsi 09:40
İyunun 14-də İranın Ərdəbil şəhərində yoxa çıxan İbrahim Rəşidi adlı jurnalist iyunun 17-də evinə zəng edərək kəşfiyyat orqanları tərəfindən həbs edildiyini bildirib.
Bu barədə APA-ya İran Azərbaycanındakı Siyasi Məhbusları Müdafiə Komitəsindən məlumat daxil olub.
Rəşidinin işinə Ərdəbilin Ümumi və İnqilab məhkəməsi V şöbəsinin hakimi Xəndistani baxır.
Kəşfiyyat əməkdaşları 1 ay əvvəl Rəşidinin atasının Xoy şəhərindəki evinə gedərək onun kitablarını və əlyazmalarını müsadirə ediblər.
Daha əvvəl dəfələrlə həbs edilən azərbaycanlı jurnalist İbrahim Rəşidi 5 ay Urmiyə həbsxanasında yatıb.
Beynəlxalq Amnistiya Təşkilatı 2006-cı ilin may ayında İbrahim Rəşidinin həbsini pisləyən bəyanat yayıb.
“Ulduz” və “Bulud” jurnallarının məsul redaktoru olmuş şair-publisist İbrahim Rəşidi Urmiyadakı “Ustad Şəhriyar” ədəbi dərnəyinin qurucularındandır. APA
DOSTLARINLA PAYLAŞ: