İranda azərbaycanlı fəalların məhkəməsi keçirilib
14 Noyabr 2011 Bazar Ertəsi 13:02
İranda azərbaycanlıların hüquqları uğrunda mübarizə aparan 12 fəalın zəmanətlə azadlığa buraxılması haqqında qərar çıxarılıb.
APA-nın məlumatına görə, noyabrın 13-də Təbriz İnqilab Məhkəməsində azərbaycanlı fəallar Əziz Purvəli, Tağı Sələhşur, Elman Nuri, Musa Bərzin Xəlifəlu, Mehdi Həmidi Şəfiq, Murtəza Əvəzpur, Mustafa Əvəzpur, Mahmud Fəzli, Vəhid Şeyxbəyli, Cəmişid Zarei, Həsən Ərk və Əhməd Riyazi Mübarəkin məhkəmə iclası keçirilib. Onları 7 vəkil müdafiə edib. Sonda hakim azərbaycanlı fəalların iki gün ərzində zəmanətlə azadlığa buraxılması haqda qərar çıxarıb.
Qeyd edək ki, azərbaycanlı fəallar avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində Mustafa Əvəzpurun evində verdiyi iftar mərasimində Urmiya gölünün qurumasına İran hökumətinin laqeyd münasibətini müzakirə edərkən İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs ediliblər.
DOSTLARINLA PAYLAŞ: