İranda Azərbaycan sözlərindən reklamlarda istifadə qadağan olundu
31 İyul 2010 Şənbə 11:40
Bu barədə Mədəniyyət Nazirliyinin saytında məlumat yerləşdirilib.
İranın "Fərhəng və İrşad" (mədəniyyət) Nazirliyi saytında İranda qəbul olunan "Ticari və Reklam" mahiyyətli adlardan siyahı nəşr edib. Bu səhifədə ingilis, fransız, ərəb və digər xarici dillərdən əlavə, İranda yaşayan xalqların dillərində olan adların bir hissəsi "qeyri-fars" başlığı altında yerləşdirilib və onlar xarici sözlər adlandırılıb. Bu sözlərin siyahısına alma, ana, Aysuda, Aynaz, Aylar, Barlı, burda, Bitana, Taysız, Can Su, Dayna, Dəniz, Sona, Sevin, Qaratel kimi adlara yer verilib. Səhifədə 830 ad yerləşdirilib, onların 168-i fars dilindədir və azaddır.

“Amerikanın səsi” radiosunun məlumatına görə, nazirliyin səhifəsindən cərəs, restoran, sayan, siz və horand kimi kəlmələr fars sözləri adlandırılıb. İranda yaşayan azərbaycanlılara isə alma, ana, Sona, dəniz kimi kəlmələrdən öz iş yerlərininin adında istifadə etmələri qadağan edilib. Nazirlik 662 qadağan olan addan ikisindən istifadəyə şərt əsasında icazə verib. Aynaz kəlməsinə bu şərtlə icazə verilir ki, təkcə İranın Türk mahallarında işlənsin və digər mahallarda istifadə olunmasın. İkinci ad Kalber kəlməsidir. Nazirlik bildirir ki, bu şərtlə Kalber sözündən istifadə oluna bilər ki, onun yanında yazılsın ki, "bu ad Sistan və Bəlucistan əyalətində bir kənd adıdır", - deyə radio qeyd edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar