İranda avtomobil istehsalı dayandırıla biler
07 Sentyabr 2013 Şənbə 05:33
Daxilde avtomobil ehtiyat hisselerinin istehsalı 20% azalıb
İranda avtomobil sənayesi ciddi böhranla üzləşib. APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, İran Avtomobil Ehtiyat Hissələri İstehsalçılarının Həmkarlar İttifaqının sədri Sasan Qurbani bildirib ki, daxili və xarici amillər üzündən ölkədə avtomobil istehsalı dayandırıla bilər.

Onun sözlərinə görə, investisiya çatışmazlığı və pulların banklar vasitəsilə köçürülməsinə qadağa qoyan sanksiyalar hazırda İranda avtomobil sənayesinin istehsal gücünün 30%-ə düşməsinə səbəb olub.

Qurbani həmçinin bildirib ki, daxildə avtomobil ehtiyat hissələrinin istehsalı 20% azalıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar