İranda altı silahlı öldürülüb
18 İyul 2010 Bazar 00:20
Rəsmi Tehran Pakistanla sərhəddə təhlükəsizlik tədbirlərini güclənidirir.
Ötən sutkalar ərzində İranın cənub-qərbində təhlükəsizlik qüvvəlri tərəfindən altı silahlı öldürülüb. İran polisi başçısının müavini Əhməd Rza Radan bildirib ki, Pakistanda sərhəddə yerləşən Sistan-Belucistan əyalətində silaşlılarlı üç toqquşma baş verib. Onun sözlərinə sərhədlər üzərində nəzarətin gücləndirilməsi və ekstremistlərin,qaçaqmalçıların və kriminal elemetlərin İrana mümkün müdaxilə yollarının bağlanması üçün tədbirlər görülür.
Xatırladaq ki, cümə axşamı İranın Zahedan şəhərində iki partlayış baş verib. Axşam namazından sonra məscidin qarşısında törədilmiş terror aktı nəticəmində 27 nəfər həlak olub, 169 nəfər yaralanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: