İranda 60 Qərb təşkilatının fəaliyyəti dayandırılıb
05 Yanvar 2010 Çərşənbə Axşamı 10:35
İranda Qərb ölkələrinə məxsus 60 təşkilatın fəaliyyəti dayandırılıb.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, İran İnformasiya Nazirliyi (kəşfiyyat təşkilatı) ölkədə son vaxtlar baş verən hökumət əleyhinə nümayişlər və hadisələrdə bu qurumların əli olduğunu iddia edir.
Həmin qurumların arasında ABŞ, İsrail, Böyük Britaniya və Almaniyanın müxtəlif institutları, mərkəzləri, o cümlədən Soros, Karnegi, “Yeni Amerika”, “İranda demokratiya” fondları var. İran vətəndaşlarının və hüquqi şəxslərin bu təşkilatlarla istənilən əlaqəsi, onlardan maliyyə vəsaiti alması bundan sonra qanunsuz sayılacaq.

Bundan başqa, İran hökuməti bir sıra Qərb kütləvi informasiya vasitələrinin də müxalifəti dəstəklədiyini və ölkədəki qarışıqlığı qızışdırdığını bildirir. Bu sırada “Amerikanın səsi”, “Azadlıq” radioları, BBC, İsrail radiosu, “Rəngərəng” adlı peyk televiziyası və bir sıra saytların adları çəkilir. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar