İranda 6 nəfər edam edilib
10 Yanvar 2010 Bazar 10:50
İranda 6 nəfər edam edilib. Onlar narkotik vasitələrin ticarətində günahlandırılırlar.
İranın İsfahan şəhərinin həbsxanasında 6 nəfər asılıb. Məhkəmənin edam hökmü yanvarın 9-da icra olunub.
Edam olunanlar narkotik vasitələrin ticarətində günahlandırılırlar. Onlar İslam İnqilabı Keşikçiləri Korpusunun geyimindən istifadə edərək cinayət törədən qrupa daxildirlər. Təqsirləndirilən şəxslər İİKK komandanlığının əmrlərini saxtalaşdırıb, həmçinin korpusun saxta vəsiqələrini hazırlayaraq istifadə ediblər. Narkotik ticarəti ilə yanaşı, onlar silah satışı ilə də məşğul olublar.
Cinayətkar dəstə aşkar edildiyi zaman hüquq-mühafizə orqanları əməkdaşları tonlarla narkotik vasitə və çoxlu sayda silah-sursat, eləcə də saxta sənəd müsadirə edib.

Qeyd edək ki, İran ölüm hökmünü tətbiq etdiyinə görə dəfələrlə tənqidlərə məruz qalıb.
Təkcə 2009-cu ildə 270 nəfər asılaraq edam edilib. İran höküməti rəsmiləri isə bildirir ki, ictimai sabitliyin qorunması üçün ölüm hökmü mütləqdir və bu vasitə yalnız dəqiq istintaq işindən sonra tətbiq edilir.

İslam Respublikasının qanunlarına əsasən qətl, zorlama, silahlı basqın, narkotik ticarəti kimi cinayətlər törədən və eləcə də öz həyat yoldaşlarına xəyanət edən insanlar üçün ölüm hökmü çıxarılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar