İranda 5 bal gücündə zəlzələ baş verib
17 Yanvar 2010 Bazar 02:30
Yeraltı təkanların episentri İraq sərhədi yaxınlığında qeydə alınıb
İranın qərbində 5 bal gücündə zəlzələ baş verib. Məlumatı ABŞ-ın Geoloji Xidməti yayıb.

Bazar gününə keçən gecə qeydə alınmış yeraltı təkanların episentri İraqla sərzəddəki Dizfulun 25 kilometr şimalında, 10 kilometr dərinlikdə olub. 2006-cı ildə keçirilmiş siyahıyalmaya görə, Dizfulun 250 min əhalisi var. 5 bal gücündə zəlzələ ciddi dağıntılara səbəb ola bilər.

Zəlzələnin törətdiyi mümkün dağıntılar və tələfatla bağlı məlumat yoxdur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar