İrandakı prezident seçkilərindən ötən bir neçə həftə ərzində 41 jurnalist və bloqçu həbs edilib. ANS PRESS, “Azadlıq” radiosunun rus redaksiyasına istinadən xəbər verir ki, bu barədə məlumatı “Sərhədsiz reportyorlar” beynəoxalq təkilatı yayıb.
Təşkilatın məlumatına görə, sonuncu həbslər ötən həftənin cümə və şənbə günlərində baş verib.
“Sərhədsiz reportyorlar” bəyan edir ki, əksər hallarda həbs edilənlərin ailələri onların aqibəti və saxlanma yerlərindən xəbərsiz olur. /ANS PRESS/