İranda 3 mətbu orqanın fəaliyyəti dayandırılıb
02 Mart 2010 Çərşənbə Axşamı 00:50
Biri qəzetə isə xəbərdarlıq olunub
İranda biri qəzet ikisi jurnal olmaqla 3 mətbu orqanın fəaliyyətinə xitam verildi. “Fars” xəbər agentliyinin yaydığı məlumata görə, islahatçı nəşr olan “Etimad” qəzeti, 'İran Dokht' və “ Sina” jurnallarının fəaliyyəti mətbuat şurasının qərarı ilə dayandırılıb. Məlumata görə qəzetin bağlanmasına səbəb kimi KİV haqqında qanunun pozulması və bunun təkrarlanması göstərilib. Jurnalların isə konstitusiyanın bəzi maddələrini pozduğu irəli sürülərək lisenziyaları ləğv olunub. Bundan başq “Asre Mardom” qəzetinə isə dini məsələlərə lazımi həssasiyyəti göstərmədiyi üçün xəbərdarlıq olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar