İranda 29 internet saytı bağlanıb
16 Mart 2010 Çərşənbə Axşamı 22:50
Bağlanan saytların hamısı insan hüquqları təşkilatlarına məxsus olub
İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının kibernetika bölməsi əməkdaşları “İnsan hüquqları təşkilatları adı altında İranın təhlükəsizlik maraqlarına qarşı” olan 29 sayta hücum ediblər. Həmin saytların siyahısı isə qurumun veb-səhifəsində dərc edilib.
“Fars” informasiya agentliyinin yaydığı məlumata görə, siyahıda olan “hra-iran.org” saytı İranda fəaliyyət göstərən HRAI insan hüquqları təşkilatına məxsus olub. Həmin saytda Tehrandakı Amerika səfirliyinin tutulmasının il dönümünə həsr edilmiş 2009-cu ilin noyabrında keçirilən nümayişlərdə həbs olunan 400 müxalifət üzvünün adı dərc edilmişdi.
Daha öncə isə “İRNA” agentliyi “MKİ tərəfindən maliyyələşdirilən, ölkədəki stabilliyi pozmağa cəhd göstərən” 30 nəfərin həbs olunması və “ABŞ tərəfindən dəstəklənən kiber-hərbi şəbəkələrin” ləğv edilməsi barədə məlumat yayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: