İranda 2 zəlzələ olub
23 İyun 2013 Bazar 11:54
Buşəhr yaxınlığında yenidən zəlzələ baş verib
İranın Buşəhr vilayətinin Dəşti və Dəştistan şəhərlərində 4 bal gücündə iki zəlzələ baş verib. Bu barədə “Trend” İranın MEHR agentliyinə istinadən məlumat verir.
Qeyd edək ki, zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
Xatırladaq ki, cari ilin aprel ayında Buşəhr vilayətində güclü zəlzələ baş vermişdi. Zəlzələ nəticəsində 37 nəfər həlak olmuş, 850 nəfərdən çox şəxs isə yaralanmışdı.
DOSTLARINLA PAYLAŞ: