İranda 11 siyasi məhbus hebsden azad edilib
19 Sentyabr 2013 Cümə Axşamı 04:53
Azadlığa çıxan məhbusların səkkizi qadındır.
İranda hakimiyyət 11 siyasi məhbusu azadlığa buraxıb. ANS PRESS-in ABŞ mətbuatına istinadən verdiyi xəbərə görə, azadlığa buraxılan siyasi məhbusların səkkizi qadındır. Azadlığa çıxmış kişilərin arasında Möhsən Aminzadə də var.
Siyasi məhbuslar Həsən Ruhanini Nyu-Yorka BMT-nin Baş Assambleyasının iclasına getməyindən bir neçə gün əvvəl azadlığa buraxılıblar. Həsən Ruhani özünün seçkiqabağı kampaniyasında İranda bütün siyasi məhbusları azad edəcəyinə söz vermişdi.
Xatıladaq ki, azadlığa buraxılan qadınlar içərisində 2009-cu ildə İranda prezident seçkilərindən sonra İran müxalifətinin fəallarından olan Nəsrin Sotudə də var. O, 2010-cu ildə 6 il müdətinə azadlıqdan məhrum edilmişdi.
DOSTLARINLA PAYLAŞ: