İrana qarşı yeni qadağalar qəbul edildi
09 İyun 2010 Çərşənbə 20:50
İrana qarşı yeni qadağalar qəbul edildi. Türkiyə və Braziliyanın səyləri nəzərə alınmadı.
İran qarşı yeni qadağaların tətbiq olunmasını nəzərdə tutan qanun layhəsi bu dəqiqlərdə BMT Təhlükəsizlik Şurası tərəfindən səsverməyə çıxarılaraq qəbul edilib.
Səsvermə zamanı 12 ölkə qadağaların lehinə, Türkiyə və Braziliya əleyhinə səs verib. Livan isə səsvermədə bitərəflik nümayiş etdirib.
Qeyd edək ki, İrana qarşı yeni qadağaların tətbiq olunmasını nəzərdə tutan səsvermə gecikməyə səbəb olub. Səsvermənin gecikməsinin Türkiyə və Braziliyanın yeni qadağaların əleyhinə çıxması ilə izah olunur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: