İrana qarşı sanksiyalar leğv oluna biler
30 Sentyabr 2013 Bazar Ertəsi 08:30
Con Kerri, İran qarşısında bezi şertler ireli sürüb.
"İranla bağlı qüvvədə olan beynəlxalq sanksiyaların ləğv olunması haqqında qərar bir neçə ay ərzində qəbul edilə ola bilər".
ANS PRESS-in "Ria-Novosti"-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri "CBC" televiziyasına müsahibəsində bildirib.
Kerri, bunun üçün İran qarşısında bəzi şərtlər irəli sürüb. O deyib ki, Tehranın Vaşinqtonla əməkdaşlığa gedəcəyi və öz nüvə obyektlərini yoxlamalar üçün açacağı təqdirdə beynəlxalq sanksiyalara son verilə bilər.
Kerrinin sözlərinə görə, bu razılaşma ilə bir çox məsələnin həllinə nail ola bilərik: "Hər şey İranın atacağı addımlardan asılıdır. Biz əmin olmaq istəyirik ki, İranla münasibətlər qısa müddətdə kökündən yaxşıya doğruya dəyişəcək".
İran prezidenti Həsən Ruhaninin son bəyanatını şərh dövlət katibi qeyd edib ki, bizim bəzi suallara cavabımız münasibətlərin dəyişikliyi üçün əsas ola bilər.
DOSTLARINLA PAYLAŞ: