İrana qarşı növbəti qadağalar paketi təsdiqləndi
26 İyul 2010 Bazar Ertəsi 18:40
Bu ölkəyə məxsus gəmilərə beynəlxalq sularda nəzarət ediləcək.
Bu gün Avropa Şurası XİN rəhbərləri səviyyəsində İrana qarşı birtərəfli qadağalar paketini təsdiq edib. Bu barədə görüşün yekun bəyanatında deyilir. "BBC”nin məlumatına görə, yeni qadağalar nüvə silahının hazırlanmasının qarşısını almaq üçün İrana avadanlıq, texnologiya və ya xidmətlərin satışını qadağan edir.
Bundan başqa hərbi məqsədlərlə istifadə edilə biləcək məhsulların satılması və bu ölkə ilə bağlı olan banklara nəzarətin gücləndirilməsi planlaşdırılır.
Say hesabı ilə dördüncü hesab edilən bu qadağalar paketi iqtisadiyyatın bir sıra sahələrinə, xüsusilə də uran mədənlərinə sərmayələrin yatırılmasını qadağan edir. Eləcə də, İrana məxsus gəmilərə beynəlxalaq sularda nəzarət ediləcək və yeni qadağlar paketinə uyğun olaraq İrana səkkiz ağır silah növünün satılması mümkün olmayacaq. anspress
DOSTLARINLA PAYLAŞ: