İrana qar yağdı
12 Avqust 2010 Cümə Axşamı 13:30
Düşən qarın hündürlüyü 10 sm olub.
İranın Ərdəbil şəhəri yaxınlığındakı dağlıq ərazilərə qar yağıb. İRNA-nın məlumatına görə, Savalan dağlarında qarın qalınlığı 10 santimetrə çatıb.

Məlumata görə, Savalan dağı ətəyi ərazilərə düşən qarın hündürlüyü 10 sm.-ə çatıb. Yağan qar alpinistlər və yaxın kəndlərdə yaşayan əhali üçün gözlənilməz hadisə olub.

Qeyd edək ki, dünən Ərdəbildə havanın temperaturu 33 dərəcə olub.

Xatırladaq ki, Savalan dağı dəniz səviyyəsindən 4811 metr yüksəklikdə yerləşir. Dağ yamaclarında Ərdəbil, Sarab, Meşkin və Arşa şəhərləri yerləşir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar