İranda yaşayan 642 nəfər ziyalı, hüquq müdafiəçiləri və fəallar BMT-nin baş katibinə müraciət ünvanlayıb. ANS PRESS-in "Guardian"a istinadən verdiyi xəbərə görə, onlar İranda baş verən son hadisələrlə əlaqədar BMT-nin baş katibi Pan Gi Munun tədbir görməsini xahiş ediblər.
"İran İslam Respulikasında baş verən son hadisələr göstərib ki, ölkədə seçkilər azad, ədalətli və şəffaf surətdə keçirilməyib və bütün bunlar ölkənin siyasi strukturlarında həqiqi dəyişikliklərə gətirib çıxara bilməyəcək", - deyə ziyalıların müraciətində bildirilir.
Qeyd edək ki, İran İslam Respublikasının Konsitusiyasının 110-cu maddəsinə əsasən hakimiyyətin böyük əksəriyyəti və institutları birbaşa ali dini liderin əlində cəmləşir.
İyunun 12-də İranda seçkilər zamanı səs vermək hüququna malik olan 80 faizi seçici hüquqlarından istifadə edib.
İran əhalisinin böyük əksəriyyəti seçiklər zamanı səslərinin düzgün hesablanmadığını iddia edir. Nəticədə bütün ölkə ərazisində seçkilərin nəticələrinə etiraz olaraq nümayişlər başlayıb.
Baş verənləri əsas gətirilərək ölkə ziyalıları, siyasi xadimlər, hüquq müdafiəçiləri və liberallar tərəfindən BMT-nin baş katibi Pan Gi Muna müraciət edib:
1) Beynəlxalq kommisiya yaradılaraq seçki prosesini, səslərin hesablanmasını və İran xalqının yalan əsasında idarə olunması nəzarətdən keçirilsin
2) İran hökümətinə təzyiq göstərməklə, BMT-nin himayəsi altında seçkilərin saxta nəticələrinin ləğvi , demoktarik, şəffaf, ədalətli və azad rəqabətli seçkinin keçirilməsi təmin edilsin
3) İran hökumətinə təzyiq göstərməklə nümayişlərdə həbs olunanların hamısı azad edilsin
4) İnsanların azad fikir ifadə etmək hüquqlarını tanımaq və onlara hörmət etmək
5) İran hökumətinə təzyiq göstərməklə İran xalqı ilə vəhşi və sərt davranışa son qoyulsun
6) Əhmədinedatın qeyri-qanuni hakimiyyətini tanımaqdan imtina etmək, bütün xalqlar və beynəlxalq təşkilatlarla hər cür əməkdaşlığın qarşısını almaq. /ANS PRESS/