İran yeraltı zavod tikib
08 Yanvar 2012 Bazar 16:42
Uranın zənginləşdirilməsi üçün nəzərdə tutulan obyekt dağ massivinin dərinliklərində yerləşir.
İranda tezliklə uran zənginləşdirilməsi üçün yeraltı zavod istifadəyə veriləcək. Bu barədə İranın kütləvi informasiya vasitələri İran nüvə energetikası agentliyinin rəhbəri Feridun Abbasi Davaniyə istinadən məlumat verir. Yeraltı uran zənginləşdirmə zavodu yaxın vaxtlarda Fordu ərazisində istismara veriləcək. Feridun Abbasi Davaninin sözlərinə görə, Qum şəhəri yaxınlığında tikilmiş yeraltı zavodda 20 faizədək zənginləşdirilmiş uran istehsal edilə bilər. Zavod mümkün hücumlardan qorunmaq üçün dağ massivinin dərinliklərində yerləşir.
Uranın zənginləşdirilməsi sahəsində irəliləyişin İranın nüvə fəaliyyətinə görə Tehranla Qərb arasındakı münasibətləri daha da gərginləşdirəcəyi ehtimal edilir. Qərb İranın nüvə proqramının nüvə silahı hazırlamaq məqsədi daşıdığını hesab edir, Tehran isə nüvə fəaliyyətinin sırf dinc məqsədlərə xidmət etdiyini bəyan edir.
DOSTLARINLA PAYLAŞ: