İran yeni raket sisteminin istehsalına başlayıb
06 İyun 2009 Şənbə 19:40
Yeni raketlər 40 km-dən çox məsafadə hava hədəfini vurmaq imkanına malikdir

 

İran "yer-hava" tipli yeni raket sisteminin istehsalına başladığını bəyan edib. ANS PRESS-in İranın "FARS" agentliyinə istinadən yaydığı məlumata görə, İranın müdafiə naziri Mustafa Məhəmməd Nacar yeni raketlərin 40 km-dən çox məsafadə hava hədəfini vurmaq imkanına malik olduğunu bildirib.

İranlı nazirin bəyanatı İsrailin müdafiə naziri Ehud Barakın İranla bağlı çıxışından sonra səsləndirilib.

İsrailin müdafiə naziri bildirmişdi ki, İranın nüvə obyektlərinin İsrail aviasiyası tərəfindən vurulması məsələsində "bütün variantlar mümkündür". /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar