İran yeni pilotsuz təyyarə istehsal edib .
05 Noyabr 2012 Bazar Ertəsi 10:48
İran şaquli qalxan və enən pilotsuz təyyarə istehsal edib.
 

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, noyabrın 4-də İran Hava-Kosmik Agentliyi və İran Mülki Müdafiə Təşkilatının iştirakı ilə təyyarənin sınaq uçuşu həyata keçirilib.

Təyyarə heç bir vasitəyə ehtiyac olmadan səssiz şəkildə yerində qalxmaq xüsusiyyətinə malikdir. Yerli mütəxəssislər tərəfindən istehsal edilmiş təyyarənin təqdimatı gələn il İslam İnqilabının ildönümü mərasimləri zamanı olacaq.

Qeyd edək ki, İran bundan əvvəl radardan yayına bilən “Liko” adlı pilotsuz təyyarə istehsal edib. Bu təyyarə üç saat havada qalmaq və 100 kiloqram yükü 100 kilometr məsafəyədək daşımaq xüsusiyyətinə malikdir. Bundan əlavə, İranın əlində uzaq məsafələri qət etmək xüsusiyyətinə malik “Kərrar” və “Şahid-129” adlı pilotsuz təyyarələr var. İran raket və bomba daşıyan “Kərrar”ı 2010-cu ilin avqustunda, 24 saat havada qala bilən “Şahid-29”u isə 2012-ci ilin sentyabrında elan edib. Eyni zamanda bir müddət əvvəl İsrail hava məkanını 100 kilometr keçdikdən sonra aşkar edilərək vurulan “Hizbullah”a aid “Eyub” adlı pilotsuz təyyarənin də İran istehsalı olduğu açıqlanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar