İran yaxın mənzilli “Nars-1” raketinin istehsalına başlayıb
07 Mart 2010 Bazar 16:05
Bu barədə İslam Respublikasının müdafiə naziri general Əhməd Vahidi bildirib
İranın müdafiə naziri general Əhməd Vahidi ölkəsinin yaxın mənzilli “Nars-1” raketinin istehsalına başlandığını bildirib. O, “Nars-1” raketinin min tona yaxın məhvetmə qabiliyyətinə malik olduğunu söyləyib.
Qeyd edək ki, yüksək dəqiqliyə malik olan bu raket radarlar tərəfindən müəyyən edilə bilmir. Generalın sözlərinə görə, bu tipli raketin tam istelsal edilməsi üçün 2 il vaxt lazımdı.
Ə. Vahidi yaxın zamanlarda ölkəsində tank, orta mənzilli raketlər və qırıcı təyyarələrin hazırlanacağını deyib. İranın müdafiə naziri gələcəkdə “Nasr-1” helikopterlərinin və sualtı gəmilərinin istehsal ediləcəyini də vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: