İran Xəzəryanı dövlətlərdən narazı qalıb
09 Sentyabr 2009 Çərşənbə 00:10
Səbəb rəsmi Tehranın keçiriləcək sammitə dəvət olunmamasıdır
İranın xarici işlər naziri Manuçehr Mottaki sentyabrın 12-də Aktauda keçiriləcək Xəzəryanı dövlətlərin sammitinə İslam Respublikasının çağırılmamasına narazılığını bildirib. Xarici siyasət idarəsinin rəhbəri ölkəsinin narazılığını Qazaxıstanın yeni səfiri Nurbah Rustemovun etimadnaməsini qəbul edən zaman ifadə edib.
“Bu görüşün bizsiz keçirilməsi əvvəllər əldə olunan sazişə müvafiq deyil. Belə ki, saziş Xəzər dənizinə aid bütün məsələlərin bütün beş Xəzəryanı dövlətin iştirakı ilə müzakirə olunması və qərara alınmasını nəzərdə tutur. İran İslam Respublikası dördtərəfli müşavirənin təşkilini öz maraqlarına zidd hesab edir”, - deyə İranın xarici işlər naziri bildirib.ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar