İran və Türkiyə prezidentləri arasında görüş keçirilib
16 Avqust 2012 Cümə Axşamı 12:30
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin dövlət başçılarının IV fövqəladə zirvə toplantısında iştirak etmək üçün Səudiyyə Ərəbistanında səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad türkiyəli həmkarı Abdulla Güllə görüşüb.
APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyi bildirilib, xarici qüvvələrin bölgə dövlətləri arasında yaxşı münasibətləri pozmaq məqsədində olduğu vurğulanıb.

M. Əhmədinejad bəzi ərəb ölkələrinin Suriyaya qarşı düşmən mövqe nümayiş etdirdiyini bildirib. İran prezidenti Suriyada vəziyyətin stabilləşdirilməsi, etimadsızlığın aradan qaldırılması və sülhün təmin edilməsi üçün əlindən gələn hər cür köməkliyi etməyə hazır olduğunu açıqlayıb.

A. Gül də öz növbəsində iki qonşu ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar