Bir neçə gün öncə Rusiyanın Yekatrinburq şəhərində keçirilən Şanxay Əməkdaşlığı Təşkilatının toplantısında maraqlı hadisə baş verib. Belə ki, İran prezidenti Mahmud Əhmədinejat toplantının keçirildiyi salona daxil olarkən Rusiya prezidenti Dmitri Medvedev tərəfindən qarşılanıb. Rusiya prezidenti onunla görüşən İran dövlət başçısı Mahmud Əhmədinejata ingiliscə "How are you" yəni necəsiz? sualını verib. İranlı həmkarı ona "Yes" (bəli) cavabını verib. Medvedev üz cizgilərini dəyişmədən söhbətinə davam edib. Daha sonra isə Əhmədinejatın "Happy new year" sözlərinə Medvedev gülərək "Happy new year too" cavabını verib./ANS PRESS/