İran və Ermənistan prezidentləri görüşdülər
23 Dekabr 2011 Cümə 14:58
Mahmud Əhmədinejad İrəvanda səfərdədir.
İrəvana səfər edən İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad ermənistanlı həmkarı Serj Sarkisyanla ikitərəfli, regional və beynəlxalq məsələlərlə bağlı danışıqlar aparıb. Serj Sarkisyanın dəvətilə baş tutan səfər çərçivəsində bir sıra razılaşmaların, xüsusən də 2 ölkənin sərhədi boyunca axan Araz çayında su-elektrik stansiyasının inşasının başlamasına dair sənədin imzalanması gözlənilir.
İrəvana bir günlük səfər çərçivəsində Ermənistanın neft məhsulları ilə təchizi və dəmiryolu xətlərinin inşası da əsas müzakirə mövzuları arasındadır. İran prezidenti səfər çərçivəsində Ermənistanın baş naziri Tiqran Sarkisyan və parlamentin spikeri Samvel Nikoyanla da görüşəcək.
Qeyd edək ki, İranla Ermənistan arasında qarşılıqlı ticarət həcmi 2010-cu ildə 270 milyon dollar təşkil edib. 2011-ci ildə isə bu rəqəm 300 milyon dollara çatıb.
DOSTLARINLA PAYLAŞ: