İran uzaq mənzilli raket sınaqdan keçirib
02 Yanvar 2012 Bazar Ertəsi 11:53
Iranın Hörmüz boğazındakı 10 günlük təlimləri davam edir.
İran hərbçiləri Fars boğazında keçirilən təlimlər çərçivəsində uzaq mənzilli raketisınaqdan keçirib. ANS PRESS qərb mətbuatına istinadən bildirir ki, uzaq mənzilli raket yer-dəniz tipli oıub.
Xatırladaq ki, İranın hərbi-dəniz qüvvələri dekabrın 24-də Hörmüz boğazında 'Vilayət -90' adı altında 10 günlük təlimlərə başlayıb. Manevrlər zonası Hörmüz boğazından Oman körfəzinədək olan beynəlxalq sularda 2 min kvadrat kilometr ərazini əhatə edir. Təlimlər Qərb və Tehran arasında İranın nüvə fəaliyyəti ilə bağlı gərginliyin artdığı bir vaxtda keçirilir. Qərb ölkələrinin İranın neft və maliyyə sektorlarına növbəti sanksiyaların tətbiqini planlaşdırdığı ilə bağlı məlumatlara Tehran qəzəblə cavab verib. İran Fars körfəzini və onun ətrafındakı neft hasil edən ölkələri Hind okeanı ilə əlaqələndirən Hörmüz boğazını bağlayacağı ilə hədələyb. Qeyd edək ki, dünyanın neft ixracının 20 faizi bu boğaz vasitəsilə həyata keçirilir.
DOSTLARINLA PAYLAŞ: