İran uranı məhv etdi
22 İyul 2014 Çərşənbə Axşamı 19:38
Əvəzində isə İranın Qərbdə dondurulmuş hesabları açılır.
İranın nüvə proqramı ətrafında yaranan problem həllini tapmaq üzrədir. Tehran öhdəliklərini yerinə yetirərək 20 %-dən artıq zənginləşdirilmiş uranın məhvini uğurla davam etdirir. Bunun əvəzində isə İranın dondurulmuş hesabları açılır.
ANS TV-nin Tehran bürosunun məlumatına görə, Beynəlxalq Atom Enerjisi Təşkilatının baş direktoru Yukyo Amano İranın nuvə proqramı haqqında hesabat yayımlayıb. Hesabatda qeyd edilir ki, İran qəbul etdiyi ohədlikləri yerinə yetirib.
Cenevrə razılaşmasında İranın 5 faizdən artıq zənginləşdirilmiş uran ehtiyatlarını ya ləğv etməsi, ya da oksidləşdirməsi əsas göstərilirdi. İran da şərtlərə əməl edərək, zənginləşdirilmiş 20 % uran ehtiyatının əksər hissəsini məhv edib. İranın xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı bildirib ki, İran oksidə çevirdiyi öz 20%-lik zənginləşdirilmiş uranını Tehran Reaktorunun yanacağı kimi istifadə edəcək. Lakin tərəflər arasında şərtlərə dair öz həllini tapmamış ziddiyətli məqamlar hələ də qalmaqdadır. Bu səbəbdən də tərəflər danışıqların vaxtının daha 4 ay uzadılmasına qərar veriblər.
Tehran Universitetinin Tədqiqatçısı Hani Əhmədipurun sözlərinə görə, İranın xarici işlər naziri bu danışıqlarda müsbət mövqedə iştirak edib və problemlərin həllinə çalışır. İranın nüvə proqramı tamamilə dinc məqsədli olduğundan, hətta bu danışıqlardan sonra bu proqram inkişaf da edib. Misal üçün, yaxın günlərdə Rusiyanın “Rostom” şirkətilə İranda yeni atom elektrik stansiyasının tikintisilə bağlı müqavilə hazırlanacaq. Bütün elmi tədqiqatlarda, o cümlədən ABŞ-ın Merilənd Universitetində də bu danışıqlara müsbət baxış var.
Agentliyin məruzəsinə əsasən, İran dondurulmuş fondların sonuncu tranşını da əldə edə biləcək. İran razılaşma əsasında, ümumilikdə, xarici hesablarda dondurulmuş 4,2 milyard dolları geri ala biləcək.
DOSTLARINLA PAYLAŞ: