İran üçüncü nəsil “Qasid” raketlərinin istehsalına başlayır
12 Yanvar 2011 Çərşənbə 00:30
“Qasid 3” raketləri 100 kilometr mənzilli olacaq.
İran üçüncü nəsil 100 kilometr mənzilli “Qasid” (Qasid 3) raketlərinin istehsalına başlayır. Bunu ölkənin Hərbi Hava Qüvvələrinin komandan müavini Məhəmməd Rza Karaşki deyib. Məlumatı “Mehr” agentliyi yayıb. Komandan müavini bilddirib ki, “Qasid” raketlərinin üçüncü nəsli istehsal mərhələsindədir.

Qeyd edək ki, İranda “Qasid” raketləri sınaqdan keçirilib və “Qasid 1”, “Qasid 2” raketləri uğurlu yoxlanılıb. Bu raketlər yerli mütəxəssislər tərəfindən hazırlanıb və hədəfi pilotun nəzarəti olmadan məhv etməyə qadirdir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar