Dünən İran ərazisinə keçən üç amerikalı həbs edilib. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Məlumatda bildirilir ki, onlar İran sərhəddi yaxınlığında sərhəd xidmətinin əməkdaşları tərəfindən yaxalanıblar.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti İranda üç amerikalı turistin həbsi barədə informasiyanın etibarlılığını nəzərdən keçirir. Dövlət Departamentinin mətbuat katibi Meqan Mettson bildirib ki, ABŞ bu faktın dəqiqliyini öyrənmək üçün bütün vasitələrdən istifadə edəcək. Onun sözlərinə görə, Amerika vətəndaşlarının təhlükəsizliyi Birləşmiş Ştatların ən ali prioritetidir.
Xatırladaq ki, cümə günü üç Amerika turistinin İraqın Kürdüstan vilayətində itgin düşməsi barədə məlumat yayılıb.
/ANS PRESS/