İran türklərlə rəqabətə girib?
14 Oktyabr 2011 Cümə 16:52
Hillari Klinton Tehrandan Ankaraya qarşı təcavüzkar bir münasibət izlədiyini söyləyib.
İran türklərlə rəqabətə girir. Bunu ABŞ dövlət katibi Hillari Klinton "Reuters"ə açıqlamasında bildirib. Birləşmiş Ştatlar sözçüsü İrandan Türkiyəyə qarşı təcavüzkar bir münasibət izlədiyini də söyləyib.

Hillari Klinton Türkiyənin raket hücumlarına qarşı NATO radarlarının öz ərazisində yerləşdirilməsinə dair imzaladığı razılaşmanı xatırladıb: "Türkiyə İslamı qəbul edən, lakin son illərdə əldə etdiyi nailiyyətlərlə daha uyğun bir xətt tutan dünyəvi dövlətləri müdafiə edirdi. Bu, həqiqətən Türkiyəyə qarşı olduqca güclü bir hücum idi. Türkiyə hər zaman yaxşı qonşu olub, iranlılarla böyük bir sərhədi paylaşıb". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar