İran Türkiyəyə YOX dedi
06 Fevral 2012 Bazar Ertəsi 01:32
Rüstəm Qasımi: “Türkiyəyə ixrac etdiyimiz qazın qiymətini aşağı sala bilmərik”.
İran Türkiyənin təbii qazın qiymətinin aşağı salınması tələbini yerinə yetirməyəcəyini bəyan edib. “Qanuni bir göstəriş olmasa, İran Türkiyəyə ixrac etdiyi təbii qazın qiymətini aşağı sala bilməz”, – deyə İranın neft naziri Rüstəm Qasımi bildirib.
Türkiyə mətbuatı yazır ki, Ankara İranın ixrac etdiyi qazın qiymətindən narazı olaraq Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib. Bundan əvvəl Türkiyənin Təbii Sərvətlər və Energetika Nazirliyi İranla bu ölkədən idxal etdiyi qazın qiymətinə dair razılığa gəlmədiklərini bildirmişdi.
Qeyd edək ki, İranın neft naziri ölkəsinə qarşı neft embarqosuna da işarə edərək, İran neftinin olmamasının neftin qiymətində gözlənilməz nəticələrə və dünya neft bazarında xaosa gətirib çıxaracağını vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: