İran: Türkiyədəki Patriot kompleksləri dünya müharibəsi təhlükəsi yaradır
16 Dekabr 2012 Bazar 03:16
Bu raketlərin hər biri dünya xəritəsində qara ləkədir.
Türkiyənin cənubunda, Suriya sərhədi yaxınlığında NATO-nun “Patriot” zenit-kaket komplekslərinin yerləşdirilməsi dünya müharibə təhlükəsi yaradır. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Həsən Firuzabadi bəyan edib.
“Hər “Patriot” raketi dünya xəritəsində qara ləkədir. Onlar dünya müharibəsinin başlanmasına yönəliblər”, - iranlı general Tehrandakı çıxışında bildirib.
NATO-nun Suriya ilə sərhəddə “Patriot” raketlərinin yerləşdirmək planlarını şərh edən Həsən Firuzabadi deyib: “Onlar dünya müharibəsi planı hazırlayırlar. Bu, bəşəriyyət, eləcə də Avropanın gələcəyi üçün çox təhlüklədir.
Bununla belə, iranlı general Türkiyəyə qarşı heç bir hədələyici bəyanat verməyib: “Biz Türkiyənin dostudur. İstəyirik ki, Türkiyə təhlükəsiz olsun”.
DOSTLARINLA PAYLAŞ: