İran təslim olur?
27 Dekabr 2009 Bazar 17:25
M.Mottaki: "Türkiyə Qərblə İran arasında vasitəçi ola bilər"
Türkiyə Qərblə İran arasında vasitəçi ola bilər. Belə bir bəyanatla İranın xarici işlər naziri Manuçöhr Mottaki çıxış edib. Onun sözlərinə görə, Türkiyə nüvə materiallarının mübadiləsi məsələsində Qərblə Tehran arasında vasitəçilik rolunu yerinə yetirə bilər.

“Qərb bizə qəti cavab verməlidir. Təhdid və qadağalar isə faydasızdır”, - deyə İranın xarici siyasət idarəsinin rəhbəri Mottaki söyləyib.

Qeyd edək ki, bu vaxtadək İran nüvə materialları mübadiləsinin ancaq öz ərazisində aparıla biləcəyini bəyan edirdi. ANSPRESS





DOSTLARINLA PAYLAŞ:

oyunlar