İran təklənir
29 Aprel 2010 Cümə Axşamı 17:40
Moskva da artıq Tehranı müdafiə etməkdən boyun qaçırır
Yaxın vaxtlarda BMT-nin Təhlükəsizlik Şurası İrana qadağaların tətbiq olunması ilə bağlı məsələni müzakirə edəcək. İran tərəfindən əməkdaşlığın aparılmayacağı təqdirdə, qadağaların tətbiq olunması qaçılmazdır. Bunu Avropa Şurası Parlament Assembleyasının Strasburqda keçirilən iclasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O, İranın ona edilən təkliflərə konstruktiv yanaşmadığından təəssüfləndiyini ifadə edib.

“Nüvə silahının yayılması bizim tərəfdən arzuolunmaz qəbul olunur. İstər İran və istərsə də, digər bir ölkə olsun, nüvə silahına yiyələnmək qəbuledilməz bir haldır. İranın nüvə fəaliyyəti açıq və aydın olmalıdır. Biz bu proqramın sülh məqsədli olmasına inanmalıyıq. Bu, baş verən kimi İran "Nüvə silahının yayılmaması" haqda sazişə qoşulan ölkələr kimi hüquqlar əldə edəcək. Amma çox təəssüf ki, İran hələlik əməkdaşlıq təkliflərinə layiqli cavab vermir. Altılıq ölkələrinin təkliflərinə məhəl qoymur. Biz hazırda yeni addımlar üzərində işləyirik. Təhlükəsizlik Şurası bu təklifləri nəzərdən keçirəcək. Bu isə İranı əməkdaşlığa çağırmaq məqsədi daşıyır. Əməkdaşlığın olmayacağı təqdirdə, tətbiq olunan sanksiyalar İranda rejim dəyişikliyinə səbəb olmamalı və humanitar böhrana gətirib çıxarmamalıdır”, - deyə Sergey Lavrov çıxışı zamanı bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar