İran Suriyaya qaz nəqlinə hazırlaşır
25 İyul 2011 Bazar Ertəsi 11:34
İslam ölkəsi qaz kəmərinin yeni xəttini Dəməşqə çəkdirir.
İran Suriyaya qaz kəmərinin yeni xəttini çəkir. ANS PRESS-in "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə İslam Respublikasının Milli Qaz Şirkətinin nümayəndələri bildiriblər.
Məlumata görə, şirkət nümayəndələri, eləcə də onların Suriya və İraqdan olan tərəfdaşları qaz kəmərinin yeni xəttinin tikintisi haqda razılıq əldə ediblər. Bu xətt sayəsində İrandan Suriyaya qaz nəqlini intensivləşdirmək mümkün olacaq.
İran Milli Qaz Şirkətinin rəhbəri Cavad Oci jurnalistlərlə qeyri-rəsmi söhbətində deyib ki, saziş (tikinti haqda) bu gün imzalanacaq. C. Oji əlavə olaraq qeyd edib ki, İran qazı Suriyaya İraqın ərazisindən nəql ediləcək: “Suriya gündəlik 20 milyon kubmetrdən 25 milyon kubmetrədək qaz almağa hazırdır”.
Tərəflər layihənin dəyərini 10 milyard dollar həcmində qiymətləndirirlər, qaz kəməri xəttinin istismar müddəti 3 ildən 5 ilə kimi nəzərdə tutulub.
Cavad Oji eyni zamanda İranın da təbii ehtiyatları barədə məlumat verib. Onun sözlərinə görə, körfəz ölkəsi gün ərzində 600 milyon kubmetr qaz hasil edir, bu sərvətin 37 milyon kubmetri isə xaricə nəql edilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: