İran Səudiyyə Ərəbistanını neft hasilatını artırmamağa çağırdı
28 Fevral 2011 Bazar Ertəsi 01:36
Rəsmi Tehran Ər-Riyadın addımlarını tələsik hesab edir.
İran Səudiyyə Ərəbistanını neft istehsalının artırılması ilə bağlı tələsik qərarlar qəbul etməməyə çağırıb. “OPEK üzvləri tərəfindən istahsal həcminin artırılması üçün heç bir təcili zərurət yoxdur”, - deyə bu ilin əvvəlindən OPEK sədri funksiyasını yerin yetirən İranın neft naziri Məsud Mirkazımi İRNA agentliyinə bildirib. O hesab edir ki, Liviyadan neft nəqlinin azalması ilə əlaqədar Səudiyyə Ərəbistanının istehsal həcminin artırılması ilə bağlı qərarı tələsik qəbul edilib və Ər-Riyadı belə birtərəfli qərarlardan çəkinməyə çağırıb.
“Hazırda dünya bazarında qıtlıq müşahidə olunmur. Əksinə, həm neft, həm də neft məhsulları ehtiyatının həcmi son beş il ərzində ən maksimal səviyyədədir”, - deyə iranlı nazir bildirib. Onun sözlərinə cörə, OPEK-in fövqəladə iclasının çağırılması barədə qərar yoxdur.
Bundan əvvəl İranın neft nazirinin müavini Əhməd Qalebani bəyan etmişdi ki, dünya bazarında neftin qiyməti artsa da, İran OPEK tərəfindən qoyulan kvotada riayət edir və idxalı artırmır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: