İran sərhədlərini möhkəmləndirir
07 Yanvar 2010 Cümə Axşamı 16:10
İranın Sərhəd Polisinin komandanı, general-mayor Hüseyn Zülfüqari sərhədlərin möhkəmləndirilməsi və gücləndirilməsi məsələsinin yaxın vaxtlarda parlamentin müzakirəsinə çıxarılacağını açıqlayıb.
APA-nın “Mehrnews”a istinadən verdiyi məlumata görə, H. Zülfüqari sərhəd mühafizəsi ilə bağlı yeni bir idarənin yaradılacağını deyib. O bildirib ki, hazırda ölkənin şərq və şimal-qərb sərhədlərində təhlükəli vəziyyət yaranıb. Bu sərhədlərdə tikanlı məftillərin çəkilməsi, sərhədçilərə gecəgörmə durbinlərinin və digər lazımı avadanlığın verilməsi gündəmdədir . ANSPRESS
DOSTLARINLA PAYLAŞ: