İran serhed tehlükesizliyi şurası yaradıb
14 Avqust 2013 Çərşənbə 06:09
Yeni orqan Daxili İşler Nazirliyi çerçivesinde fealiyyet gösterecek ve yeddi işçi qrupdan ibaretdir.
İranda dövlət sərhədinə nəzarəti gücləndirtmək məqsədilə Sərhədlərin Təhlükəsizliyi Ali Şurası yaradılıb. Sərhəd Xidməti Qüvvələrinin komandanı general Hüseyn Zülfüqar belə açıqlama verib.

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, Hüseyn Zülfüqar yeni orqanın Daxili İşlər Nazirliyi çərçivəsində fəaliyyət göstərəcəyini və yeddi işçi qrupdan ibarət olacağını bildirib: «Şura İran sərhədinə cavabdeh olan müxtəlif qurumların fəaliyyətinə kömək edəcək».

İran Azərbaycan, Əfqanıstan, Ermənistan, İraq, Pakistan, Türkiyə və Türkmənistanla həmsərhəddir. İranın quru sərhədinin uzunluğu 5440 km, Xəzərboyu dəniz sərhədi 650 km, körfəzlərdəki sərhədinin uzunluğu isə 1770 km-dir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar