İran səfiri Urmiya gölünün qurumasından danışdı
24 Fevral 2013 Bazar 14:55
Möhsün Pakayin: Gölün təxminən 200 hektarı qurumaqdadır və bu hüdudun ətrafındakı bəzi kəndlərdə kənd təsərrüfatı sahəsində işsizlik probleminin yaranması mümkündür.
“Urmiyə gölünün quruması ilə bağlı yayılan xəbərlər doğru deyil”.ANS PRESS-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib. Səfirliyin rəsmi saytında yerləşdirilmiş açıqlamada bildirilir ki,

İran İslam Respublikası və region üçün böyük önəm daşıdığı, hayati bir resurs olduğunu və İİR dövlətinin bu gölün qurtarılması üçün bütün imkanlarının səfərbər edildiyini vurğulanır.

Səfirin sözlərinə görə bəzi KİV və mətbuat məlumatsızlıqları ucbatından Urmiyə gölünün quruması yaxud da kiçilməsi barədə xəbərlər yayırlar: “Bu xəbərlər təkzib edilir və bilmək lazimdır ki, İran İslam Respublikasını bu problemin həlli üçün xüsusi diqqət və qayğı göstərməkdədir, bunun üçün də bütün imkanlara malikdir. Urmiyə gölün qurumaq təhlükəsi ilə qarşı qarşıya deyil və əksinə, təxminən 2700 /km-ə bərabə olan bu gölün su hövzəsində 102 kiçik və böyük ada yerləşir və 19 çay ona axır. Urmiyə gölü qorunma indeksinə görə əla səviyyədədir”.

Pakayin Urmiyə gölünün probleminin əsas səbəblərini son 25 ildə yağışın illik səviyyəsinin 60 /mm aşağı düşməsi, quraqlıq və iqlim dəyişikliyi, eləcə də gölə tökülən suların il ərzində 2 milyard 100 milyon kub/m həcmində azalması və son 25 ildə istiliyin 1.5 dərəcə artması ilə əlaqələndirərək, bildirmişdir: “ 100 kəndin boşaldılması barədə xəbərlər isə Urmiyə gölü ilə heç bir əlaqəsi yoxdur və Makü şəhərinin ətrafındakı bəzi kəndlərin sel suyunun axışı xəttində olduqları ilə əlaqədardır”.

Səfir əlavə etmişdir: “Əlbəttə hal hazırda Urmiyə gölünün təxminən 200 hektarı qurumaqdadır və bu hüdudun ətrafındakı bəzi kəndlərdə kənd təsərrüfatı sahəsində işsizlik probleminin yaranması mümkündür. Lakin hökumət bu prosesi önləmək əzmindədir”.

Pakayinin bildirdiyinə görə, 15 il əvvəldən Urmiyə gölundə başlanan kəskin ekoloji vəziyyəti nəzərə alaraq, İran İslam Respublikasının ətraf mühitin qorunması üzrə təşkilatı İrandakı göllərin qorunmasını nəzərdə tutan beynəlxalq proqram çərçivəsində və müxtəlif dövlət orqanlarının əməkdaşlığı ilə milli və gölətrafı yerli əyalətlər səviyyəsində ekologiya idarəçiliyi proqramını tənzimləmə prosesinə start vermişdır.

Pakayinin həçinin əlaavə etmişdir ki, Urmiyə gölünün qorunması ilə əlaqədar olaraq, bu gölün “Problemləri və həlli yolları” mözusunda İİR prezidentinin birinci müavininin və 500-dən artıq yerli və xarici qonağın iştirakı ilə beynəlxalq qurultay keçirilmişdir ki, həmin qurultayda Almaniya, Rusiya, Türkiyə, Amerika, Finlandiya və bir neçə Avropa ölkəsinin universiteteti tərəfindən iştirak etmiş 10 profesor problemin həlli üçün öz təkliflərini irəli sürmüşlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar