İran qonşuları ile serhedlerini bağlayır
29 May 2013 Çərşənbə 16:59
İslam ölkəsi bununla bağlı tədbirlər görüb.
İran müvəqqəti olaraq qonşu dövlətlərlə sərhədlərini bağlayacaq. ANS PRESS-in İRNA-ya istinadən verdiyi xəbərə görə, by barədə İranın daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Əli Abdullahi məlumat verib. Onun sözlərinə görə, iyun ayının 14-də İranda keçiriləcək prezident və bələdiyyət seçkiləri ilə əlaqədar olaraq mühüm tədbirlərin görülüməsi haqda qərar qəbul olunub.
"Bu vaxta qədər seçkilərlə bağlı heç bir problem yaranmayıb. Dövlət sərhədlərinin yoxlanılması üçün lazımı tədbirlər görülüb. Lazım gələrsə, səsvermə günü sərhədlər də bağala bilər",- deyə İranın daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Əli Abdullahi bildirib.
DOSTLARINLA PAYLAŞ: