İran Qərblə qarşılıqlı hörmət və ilkin şərt olmadan nüvə proqramı üzrə danışıqlar aparmağa hazırdır. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə İranın MAQATE-dəki daimi nümayəndəsi Əli Aşqar Soltani bildirib.
“İlkin şərtlərsiz danışıqlar - İranın nüvə məsələsi müzakirələrində əsas mövqeyidir”, - deyə o bildirib.
Xatırladaq ki, ABŞ və bir çox Avropa ölkələri İranın uranın zənginləşdirilməkdə dinc mədsədli olmasına şübhə ilə yanaşır. İran isə öz növbəsində onun tamamilə dinc məqsədlər üçün nəzərdə tutulduğunda israrlıdır. /ANS PRESS/