İran Qərbin yaddaşını təzələyəcək
21 Aprel 2010 Çərşənbə 20:05
İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz körfəzində hərbi təlimlərə başlayacaq.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hörmüz körfəzində irimiqyaslı hərbi-dəniz təlimlərinə başlayacaq. Bu barədə "Associated Press" İran telekanallarına istinadən məlumat verib.
İİKK komandirinin müavini Hüseyn Salaminin sözlərinə görə, hərbi təlimlər aprelin 22-də başlayacaq. Salami təlimərin əsas məqsədinin nə olmasını deməsə də, bildirib ki, bu təlimlərinin keçirilməsində məqsədlərdən biri İranın bu körfəzdən neftin tranzitini təşkil etməsini Qərbə xatırlatmaqdır.
Qeyd edək ki, 2008-ci ildə Fars körfəzində İranın hərbi-dəniz qüvvələrinin dördüncü bazası açılıb. İran bu bazanın yaradılmasına Qərblə münasibətlərinin pisləşməsindən sonra başlayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: