İran Qərbin mümkün müdaxiləsinə qarşı hazırlıq görür
07 Sentyabr 2011 Çərşənbə 18:51
Tehran İraq sərhədi yaxınlığında 10 günlük hərbi-hava təlimlərinə başlayıb.
İran hərbi hava qüvvələri 10 günlük hərbi təlimlərə başlayıb. Hərbi təlimlər ölkənin şimal-qərb hissəsində İran-İraq sərhədi yaxınlığında aparılır. Təlimdə İran hərbi hava qüvvələrinin balansına daxil olan F-4, F-5, SU-24, MİQ-29, “Sayeqe” qırıcıları və S-130 tipli yük təyyarələri iştirak edəcək. Dörd mərhələdə keçiriləcək təlimdə “hava-hava”, “hava-yer” tipli raketlər, həmçinin ağır və yüngül bombalar sınaqdan çıxarılacaq. İstefada olan polkovnik, Hərbi Analitika və Tədqiqatlar Mərkəzinin direktoru İldırım Məmmədov hesab edir ki, İran bu hərbi təlimlərlə bir neçə məqsədə nail olmaq istəyir.
"Ərəb yazının qarşısını almaq, yəni hakimiyyət dəyişikliyi formatını qarşısını almaq - birinci bunu kimi qeyd etmək olar. İkinci Cənubi Qafqazda ola biləsi olay, yəni hansısa bir NATO ölkəsinin Azərbaycan ərazisində nəsə yerləşdirməsinə qarşıdır - halbuki bunlar yoxdur, bunu biz elan etmişik. Cənubi Qafqaza təsir qüvvəsi kimi istifadə etmək də məqsədi daşıya bilər - bu işlərdə Rusiya və Ermənistana dəstək olmaq niyyəti də ola bilər. Türkiyə ərazisində yerləşdirilməsi mümkün raket əlehinə qarşı, Avropaya qarşı ola bilər, yəni məqsəd radio-lokasion stansiyasını yerləşdirilməsinin qarşısını almaqdır. Fars körfəzindən, Əfqanıstan və Cənubi Qafqaz, Türkiyə tərəfdən ola biləcək təhlükənin qarşısını hərbi yolla almaq məqsədi də daşıya bilər»,- deyə İldırım Məmmədov vurğulayır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: