İran qanadlı dəniz raketlərinin kütləvi istehsalına başladı
29 Sentyabr 2011 Cümə Axşamı 01:16
Raketlər hərbi gəmilər, freqatlar və sahil hədəflərinə zərbə endirilməsi üçün hazırlanıb.
İran “Kader” qanadlı dəniz raketlərinin kütləvi istehsalına başlayıb. Bu raketlər xüsusi olaraq hərbi gəmilər, freqatlar və sahil hədəflərinə zərbə endirilməsi üçün hazırlanıb. Məlumatı İranın müdafiə naziri Əhməd Vahidi verib.

“Tehran Times”in məlumatına görə, 200 kilometrlik məsafə üçün nəzərdə tutulan raketlərdən İran Hərbi Dəniz Qüvvələri və İnqilab qvardiyasının hərbi dəniz hissəsinə neçə ədəd verildiyi məlum deyil.

İran prezidenti qanadlı dəniz raketlərini ilk dəfə avqustda təqdim edib. Öz növbəsində müdafiə naziri Əhməd Vahidi bu raketlərin istehsalını İran üçün böyük nailiyyət hesab edir. O, “Kader” raketlərinin İran istehsalı olmaması barədə məlumatları təkzib edib.

İran öh hərbi potensialını nümayiş etdirmək, eləcə də nüvə obyektlərinə mümkün hücumlara cavab olaraq AĞŞ və İsrailə zərbə endirməyə qadir olduğuna işarə etmək üçün tez-tez irimiqyaslı hərbi təlimlər keçirir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar